Su polisi Hövsanda külli miqdarda narkotik aşkarlayıb

13:04 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Daxili İşlər Nazirliyi (DİN) Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.

Hafta.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb. Bildirilib ki, idarəyə xidməti ərazi olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, Qum adası adlanan ərazidə narkotiklərin satışının təşkil edildiyi barədə əməliyyat məlumatı daxil olub. Həyata keçirilən tədbirlərlə qeyd edilən əməli törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunan Vüqar Tahirov saxlanıb. Həmin şəxsdən külli miqdarda narkotik vasitə olan marixuana aşkarlanıb.

Faktla bağlı Su Nəqliyyatında Polis İdarəsində araşdırmalar davam etdirilir.

Qeyd edək ki, su polisləri tərəfindən Xəzər dənizi və xidməti ərazi olan digər su hövzələrində qanunazidd halların qarşısının alınması məqsədilə nəzarət tədbirləri sahil boyu davam etdirilir. İdarə əməkdaşları tərəfindən Xəzər dənizinin dibi ilə çəkilən dəmir boru kəmərlərinin və müxtəlif təyinatlı naqillərin kəsilib satışını təşkil edən şəxslərə qarşı da mübarizə mütəmadi olaraq aparılır.